Təmiz Mühit
Sağlam Gələcək.
Məkanınızı parlaq təmizliyə
qovuşdurmaq üçün peşəkar
və etibarlı
təmizlik xidmətləri təqdim edirik.

+220
Uğurla tamamlanmış təmizlik müraciətləri.
+35
Çox yaşayış və ofis məkanı ilə əməkdaşlıq.
+5
5- İldən artıq təcrübə.
+220
Müştəri məmnuniyyəti səviyyəmiz.


Haqqımızda
AZECO CLEAN MMC – Azərbaycanda yüksək keyfiyyətli təmizlik və gigiyena xidmətləri sahəsində ixtisaslaşmış qabaqcıl şirkətdir. Peşəkar komanda, beynəlxalq standartlara uyğun texnologiyalar və innovativ yanaşmalarla müştərilərimizə təmiz, təhlükəsiz və gigiyenik məkanlar təqdim edirik.
Əsas fəaliyyət sahələrimizə ofis və sənaye təmizliyi, dezinfeksiya xidmətləri, pəncərə və fasad yuyulması, döşəmə cilalama və korporativ müştərilərə yönəlmiş xüsusi təmizlik paketləri daxildir. Şirkətimiz müasir avadanlıqlardan istifadə edir, bütün personal mütəmadi olaraq təlimlərə cəlb olunur və xidmətlərin keyfiyyətinə daimi nəzarət sistemi tətbiq olunur.

Missiyamız
“Gigiyenik standartlara cavab verən, ekoloji təmiz, sürətli və
sistemli təmizlik xidmətləri göstərməklə müştəri məmnuniyyətini
maksimum səviyyədə təmin etmək.”
Biz inanırıq ki, təmizlik xidmətləri yalnız texniki deyil, həm də sosial və sağlamlıq baxımından
strateji əhəmiyyət daşıyır. Bu yanaşma ilə AZECO CLEAN müştərilərinin ehtiyaclarına uyğun,
çevik və ölçüləbilən həllər təqdim edir.

Xidmətlər

01
Döşəmə Baxımı və Cilalama
- Parket, mermer və PVC döşəmələrin dərin təmizlənməsi və cilalanması
- İxtisaslaşmış maşın və ekoloji təmiz vasitələrlə xidmət
- Aşınma əleyhinə qoruyucu tətbiqlər

02
Sənaye və Texniki Təmizlik
- Anbar və zavod ərazilərinin xüsusi avadanlıqla təmizlənməsi
- Texniki otaqların (server, generator, lift şaxtası) gigiyenik təmizlənməsi
- Dərin təmizlik və dezinfeksiya tədbirləri

03
Obyekt və Ofis Təmizliyi
- Gündəlik və ümumi təmizlik xidmətləri
- Ticarət mərkəzləri, bank, klinika, ofis və dövlət müəssisələrinin təmizliyi
- Aylıq/illik abunə əsaslı xidmət paketləri
- Keyfiyyətə nəzarət və CRM üzərindən izlənilən xidmətlər